logo

Bakıda Türk Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçirilir

10:20 01-11-2021 | icon 6909
Bakıda Türk Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçirilir

Noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası işə başlayıb.

YeniAvropa xəbər verir ki, iclasda Türkiyə, Özbəkistan və Qırğız respublikalarının Baş prokurorları, Qazaxıstan Baş prokurorunun birinci müavini, Türk Şurası baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti və digər qonaqlar iştirak edirlər.

Türk Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.