logo

Ağ Ev:Bayden-Ərdoğan görüşündə Qarabağ məsələsi də müzakirə edilib

18:58 31-10-2021 | icon 6937
Ağ Ev:Bayden-Ərdoğan görüşündə Qarabağ məsələsi də müzakirə edilib

Ağ Ev Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Co Bayden arasında Romada keçirilən görüşə dair açıqlama yayıb.

YeniAvropa xəbər verir ki, görüşdə prezidentlərin Cənubi Qafqazda diplomatik səyləri müzakirə etdiyi bildirilib.

“Co Bayden görüşdə konstruktiv münasibətləri davam etdirməyi, əməkdaşlıq sahələrini genişləndirməyi və fikir ayrılıqlarını effektiv idarə etmək istəyini vurğulayıb. ABŞ prezidenti Türkiyənin NATO-nun Əfqanıstandakı missiyasına iyirmi ilə yaxın müddətdə verdiyi töhfələrə görə minnətdarlığını ifadə edib. Liderlər Suriyadakı siyasi prosesləri, Əfqanıstana humanitar yardımın çatdırılmasını, Liviyadakı seçkiləri, Şərqi Aralıq dənizindəki vəziyyəti və Cənubi Qafqazda diplomatik səyləri müzakirə ediblər”, - deyə açıqlamada qeyd olunub.