logo

Avropa ölkələri qış vaxtına keçdi-Rusiya və Belarusdan başqa

10:01 31-10-2021 | icon 7308
Avropa ölkələri qış vaxtına keçdi-Rusiya və Belarusdan başqa

Avropa ölkələri qış vaxtına keçib. 

YeniAvropa xəbər verir ki, oktyabrın 30-dan 31-nə keçən gecə yerli vaxtla  04:00-da saatların əqrəbləri bir saat geri çəkilib.

Rusiya və Belarusdan fərqli olaraq Ukrayna da qış vaxtına keçib.

Ukrayna Nazirlər Kabinetinin qərarı ilə oktyabrın son bazar günündə – ayın 31-də gecə saat yerli vaxtla 04:00-da saatların əqrəbləri bir saat geri çəkilib.

Beləliklə, Azərbaycan ilə Ukrayna arasındakı vaxt fərqi iki saat olub.