logo

Paytaxtda "Jiquli" yolu keçən piyadanı vurub öldürdü

18:10 29-10-2021 | icon 6104
Paytaxtda "Jiquli" yolu keçən piyadanı vurub öldürdü

Qaradağ rayonunun Sahil qəsəbəsində yolu keçən qəsəbə sakini Cabir Qarayev həmyerlisi R.Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.