logo

Ermənistanda Rusiya sərhədçiləri qəzaya düşdü-1 nəfər öldü

14:04 29-10-2021 | icon 5978
Ermənistanda Rusiya sərhədçiləri qəzaya düşdü-1 nəfər öldü

Ermənistanın Ararat vilayətində Rusiya Sərhəd Qoşunlarına məxsus avtomobilin dərəyə yuvarlanması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

YeniAvropa xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb. 

Xəbərdə qeyd edilib ki, hadisə bu gün baş verib. Qəza nəticəsində bir nəfər yerindəcə ölüb, digəri xəstəxanaya yerləşdirilib. Məlumata görə, ölən və yaralananlar Rusiya sərhəd qoşunlarının hərbçiləridir.

Faktla bağlı  araşdırma  aparılır.