Azərbaycanla Qazaxıstan dini əməkdaşlığa dair Memorandum imzaladı
Oktyabrın 27-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyinin Dini İşlər üzrə Dövlət Komitəsi arasında videoformatda görüş keçirilib.
DQİDK-nın mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyinin Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Erjan Nukejanov Azərbaycanın ölkəsi üçün vacib tərəfdaş olduğunu vurğulayaraq, iki dövlət arasındakı münasibətlərin tarixi köklərindən və ortaq dəyərlərimizdən bəhs edib. Mədəni və dini sahələrdəki sıx münasibətlərin davam etdirilməsinin önəminə diqqət çəkən E.Nukejanov Qazaxıstanın dini mühiti barədə geniş məlumat verib. Ölkəsində müxtəlif mədəniyyət və konfessiyaların inkişafı üçün bütün hüquqi, sosial bazanın yaradıldığını, eləcə də dini radikalizmə qarşı genişmiqyaslı mübarizə tədbirlərinin həyata keçirildiyini qeyd edib.
DQİDK sədri Mübariz Qurbanlı isə öz növbəsində ölkəmizdəki dövlət-din münasibətləri, tolerant və multikultural mühit haqqında məlumat verərək bildirib ki, dövlət tərəfindən dinlərə diqqət və qayğı hər zaman prioritet hesab olunur. Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə də danışan DQİDK sədri dindən və insanların dini inanclarından istifadə etməyə cəhd edən radikal elementlərə qarşı mübarizə sahəsində görülən işlərə toxunub. Komitə sədri, eyni zamanda, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etməsinin önəmini, o cümlədən erməni vandalizmi barədə faktları diqqətə çatdırıb.
Sonda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyinin Dini İşlər üzrə Dövlət Komitəsi arasında Memorandum imzalanıb.
Dini sahədə əməkdaşlığı və təcrübə mübadiləsini gücləndirmək məqsədilə imzalanan Memorandumda qarşılıqlı maraq doğuran məsələlər barədə konfranslar, dəyirmi masalar və digər bu kimi tədbirlərin təşkil edilməsi, zərərli dini ideologiyanın və dini ekstremizmin təzahürlərinin yayılmasının qarşısının alınması üzrə maarifləndirmə işlərinin aparılması, dini təhsil müəssisələri arasında əməkdaşlığın dəstəklənməsi kimi müddəalar öz əksini tapıb.
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək