logo

Ərdoğan Qlazqoda Baydenlə Qarabağı müzakirə edəcək

19:37 27-10-2021 | icon 2226
Ərdoğan Qlazqoda Baydenlə Qarabağı müzakirə edəcək

Türkiyə prezidentinin sözçüsu İbrahim Kalınla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, söhbət zamanı Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Co Bayden arasında Qlazqo İqlim Sammiti çərçivəsində keçiriləcək ikitərəfli görüşün gündəliyi müzakirə edilib.

Liderlərin həmçinin,  "F-35" qırıcı təyyarə məsələsi, Əfqanıstan, Suriya, Liviya, Qarabağ, Şərqi Aralıq dənizi və Yunanıstandakı vəziyyət ətrafında fikir mübadiləsi aparacağı razılaşdırılıb.

Qeyd edək ki, Qlazqo İqlim Sammiti 31 oktyabr - 12 noyabr tarixlərində baş tutacaq.