logo

Qobustanda "Jiquli" ilə "Niva" toqquşdu: Xəsarət alanlar var

19:20 27-10-2021 | icon 5320
Qobustanda "Jiquli" ilə "Niva" toqquşdu: Xəsarət alanlar var

Bakı - Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. 

YeniAvropa xəbər verir ki, hadisə rayonun Ceyrankeçməz kəndində olub. 

 
Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili ilə "Niva" markalı avtomobil toqquşub.
 
Hadisə zamanı avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.