logo

Azərbaycanda gələn il hərbi və təhlükəsizlik sahəsinə 4,5 milyard manat ayrılacaq

18:30 27-10-2021 | icon 1575
Azərbaycanda gələn il hərbi və təhlükəsizlik sahəsinə 4,5 milyard manat ayrılacaq

Gələn ilin dövlət büdcəsindən Azərbaycanın müdafiə və milli təhlükəsizlik istiqamətləri üzrə 4 milyard 489 milyon 892 min 429 manat vəsait ayrılıb.

YeniAvropa xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində öz əksini tapıb.

Belə ki, 2022-ci ildə müdafiə qüvvələri istiqamətləri üzrə 2 milyard 153 milyon 165 min 727 manat, milli təhlükəsizlik istiqamətləri üzrə 285 milyon 501 min 146 manat, sərhəd xidməti istiqamətləri üzrə 441 milyon 585 min 091 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar istiqamətləri üzrə 4 milyon 119 min 118 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər istiqamətləri üzrə 1 milyard 605 milyon 521 min 347 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə 1 milyard 600 milyon 442 min 500 manat vəsaitin ayrılması nəzərdə tutulub.