logo

Saakaşvili tibbi yardımdan imtina etdi

18:14 27-10-2021 | icon 2191
Saakaşvili tibbi yardımdan imtina etdi

“Mixail Saakaşvili bu gündən etibarən tibbi nəzarətdən imtina edir”.

YeniAvropa Gürcüstanın KİV-lərinə istinadla xəbər verir ki, bunu sabiq prezidentin  ukraynalı həkimi Maksim Perebeynis Rustavidə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, M.Saakaşvili aclıq aksiyasını yüngülləşdirən analiz və tibbi prosedurların aparılmasına razılıq verməyəcək. 

Həkim siyasətçini müayinə etməsi üçün ona imkanın yaradılmadığını bildirib. 

M.Perebeynis M.Saakaşvilinin tibbi nəzarət altında saxlanılmasına ehtiyacın olduğunu vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. Həmin gündən aclıq aksiyası keçirən siyasətçi oktyabrın 20-də həkim yardımına razılıq vermişdi.