Azərbaycan və Türkiyənin din xadimləri Füzuli və Şuşada olublar
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Türkiyənin Diyanət işləri başqanı Ali Erbaşın rəhbərlik etdiyi nümayəndə heyətinin Qarabağa ikigünlük səfəri başlayıb.
YeniAvropa xəbər verir ki, qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.
Sonra din xadimləri Şuşaya səfər ediblər. Şuşaya səfər şəhərdə inşa olunacaq yeni məscidin ərazisinə baxış keçirilməsi ilə başlayıb. Sonra səfər iştirakçıları Qazançı kilsəsində aparılan təmir-bərpa işləri ilə tanış olublar. Din xadimlərinə yeni məscidin inşası, kilsələrin tarixi, məruz qaldıqları dağıntılar və görüləcək bərpa işləri barədə məlumat verilib.
Bildirilib ki, məscidin təməli bu il mayın 12-də Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qoyulub. Bu məscid dini ocaq və modern memarlıq nümunəsi olacaq. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən naxışlara uyğun bəzədiləcək.
Qazançı kilsəsi ilə tanışlıq zamanı məlumat verilib ki, Şuşada aparılan tikinti-quruculuq işləri çərçivəsində bu kilsə də əsaslı şəkildə bərpa edilir. Şəhərin yuxarı hissəsində yerləşən kilsənin 1868-1887-ci illərdə qədim zərdüşt məbədi üzərində inşa olunduğu bildirilir. Kilsə quruluş baxımından 4 yarımdairəvi çıxışdan ibarətdir. İşğal altındakı torpaqlarımızda olan digər abidələr kimi, ermənilər bu kilsəni də saxtalaşdırmağa cəhd ediblər. Hazırda kilsə tarixi mənşəyinə uyğun bərpa olunur.
Sonra dini xadimləri Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Məlum olduğu kimi, işğal dövründə ermənilər həmin heykəllərə qarşı vandallıq aktları həyata keçirib, onları Ermənistana apararaq əritmək istəyiblər. Lakin ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa erməni işğalından azad olunandan sonra heykəllər əvvəlki yerinə qaytarılıb.
Daha sonra Saatlı və Aşağı Gövhərağa məscidlərini ziyarət edən nümayəndə heyətinə işğal illərində bu dini ocaqların məruz qaldığı dağıntılar, həmçinin hazırda orada aparılan bərpa işləri barədə məlumat verilib.
Yuxarı Gövhərağa məscidində namaz qılınıb, dualar edilib, “Qurani-Kərim”dən ayələr oxunub.
Din xadimlərinin Şuşaya səfərinin birinci günü Bülbülün ev muzeyi ilə yekunlaşıb. Onlar Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyini ziyarət ediblər. Şeyxülislam Allahşükür Paşazadə və Diyanət işləri başqanı Ali Erbaş Bülbülün ev muzeyindəki xatirə kitabına ürək sözlərini yazıblar.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir