logo

Cəlilabadda şadlıq sarayının sahibi 4 min manat cərimələndi

15:45 27-10-2021 | icon 1687
Cəlilabadda şadlıq sarayının sahibi 4 min manat cərimələndi

Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha bir toy mərasimi zamanı karantin rejiminin tələblərinin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya bildirilib ki, aparılan yoxlamalar zamanı rayonun Əliqasımlı kəndi ərazisində yerləşən “Aytac” şadlıq evində təşkil edilən toy mərasimində qonaqların sayının müəyyən edilmiş həddən çox olması aşkarlanıb. Həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.