logo

Mikayıl Cabbarov Qarabağın bərpasına İƏT ölkələrinin sahibkarlarını dəvət etdi

11:11 27-10-2021 | icon 1981
Mikayıl Cabbarov Qarabağın bərpasına İƏT ölkələrinin sahibkarlarını dəvət etdi

İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə tərəfdaş ölkələrdən investisiyaların cəlb olunmasında maraqlıyıq.

 YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bərpa işlərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sahibkarlarını görmək istərdik. Bu sahədə əməkdaşlığın qarşılıqlı və faydalı olacağına inanırıq.