2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 816 milyon manat, xərclərinin isə 29 879 milyon manat olacağı gözlənilir.
YeniAvropa xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində öz əksini tapıb.
Qeyd edək ki, həmin göstəricilər 2021-ci ilin təsdiq edilmiş büdcə proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur.
Layihədə qeyd edilir ki, son nəticədə dövlət büdcəsində 3 063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir.
Büdcə gəlirlərinin 25 874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirləri, büdcə xərclərinin isə 28 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclərdir.