logo

Baş nazir Əli Əsədov "BP"nin nümayəndə heyəti ilə görüşüb

18:28 26-10-2021 | icon 1953
Baş nazir Əli Əsədov "BP"nin nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın baş naziri Əli Əsədov oktyabrın 26-da "BP" şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan ilə "BP" şirkəti arasında uzun illərdir davam edən tərəfdaşlıqdan məmnunluq ifadə olunub, əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə "BP"nin Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması layihəsində şirkətin iştirak imkanları xüsusi qeyd edilib.