logo

Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

14:24 26-10-2021 | icon 5229
Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Bakı şəhəri Nərimanov rayonundakı 73 nömrəli tam orta məktəbin 3 şagirdi və 5 müəllimi koronavirusa yoluxub. Buna görə də məktəb distant təhsil formasında fəaliyyət göstərəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsində bildirilib.Qeyd edilib ki, paytaxtdakı 73 nömrəli tam orta məktəbin fəaliyyəti 2 həftəlik distant təhsil formasında davam etdiriləcək.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.