logo

Paytaxtda çoxmərtəbəli binada  yanğın baş verib

12:59 31-05-2018 | icon 3563
Paytaxtda çoxmərtəbəli binada  yanğın baş verib

Mayın 31-də Bakının Sabunçu rayonundakı Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

FHN-dən YeniAvropa-ya  bildiriblər ki, hazırda alov söndürülüb.

Yahğının baş vermə səbəbləri barədə əlavə məlumat veriləcək.