logo

Ağ Şəhərdə “Gelandewagen” PPX maşını ilə toqquşdu-bir polis yaralandı

10:06 26-10-2021 | icon 3997
Ağ Şəhərdə “Gelandewagen” PPX maşını ilə toqquşdu-bir polis yaralandı

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O qeyd edib ki, hadisə bu gün səhər saatlarında paytaxtın Ağ Şəhər ərazisində qeydə alınıb.

Belə ki, "Gelandewagen” markalı avtomobillə Post Patrul Xidmətinin(PPX) avtomobili toqquşub. Nəticədə polis əməkdaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.