logo

Ərdoğan sabah Zəngilanda "Ağıllı kənd"in təməlini qoyacaq

15:35 25-10-2021 | icon 2282
Ərdoğan sabah Zəngilanda "Ağıllı kənd"in təməlini qoyacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Azərbaycana edəcəyi qısamüddətli işgüzar səfərin proqramı açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə prezidenti administrasiyasının yaydığı rəsmi məlumatda bildirilıib.

"Prezidentimiz hörmətli Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti, hörmətli İlham Əliyevin dəvəti ilə 26 oktyabr 2021-ci il tarixində Azərbaycana bir günlük işgüzar səfər edəcək.

Hörmətli prezidentimiz Azərbaycan prezidenti hörmətli Əliyevlə birlikdə Vətən müharibəsi nəticəsində işğaldan azad edilən Füzulidə qısa müddət ərzində tamamlanan Beynəlxalq Hava Limanının açılışı ilə bölgədə yeni avtomobil yolunun və Zəngilanda Türkiyənin də iştirakı ilə inşa ediləcək Ağıllı Aqrokompleksin təməl atma mərasimlərində də iştirak edəcəklər",-deyə məlumatda bildirilib.