logo

Zakir Həsənov NATO-nun nümayəndəsi ilə görüşüb

15:05 25-10-2021 | icon 1442
Zakir Həsənov NATO-nun nümayəndəsi ilə görüşüb

Oktyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahın Kooperativ Təhlükəsizlik İdarəsinin rəisi general-mayor Françesko Diellanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra azad edilən ərazilərdə Ordumuz tərəfindən görülən işlər və dövlət sərhədində hazırkı vəziyyətlə bağlı qonağa ətraflı məlumat verib.

General-mayor F.Diella NATO-nun Azərbaycan ilə əməkdaşlığının cari vəziyyətindən, bu sahədə əldə olunan müsbət nəticələrdən məmnunluğunu bildirib, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.