logo

Paytaxtda 5 nəfərə qarşı dələduzluq edən qadın saxlanılıb

14:29 25-10-2021 | icon 1568
Paytaxtda 5 nəfərə qarşı dələduzluq edən qadın saxlanılıb

Bakıda beş nəfəri işə düzəltmək vədi ilə aldadaraq ümumilikdə 79 min manat məbləğində pulunu almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ü.Qədirova Daxili İşlər Nazirliyinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda araşdırmalar aparılır.