logo

Prokurorluq Bakıda bloqer qadının ərinin müəmmalı olümünü araşdırır

13:31 25-10-2021 | icon 1603
Prokurorluq Bakıda bloqer qadının ərinin müəmmalı olümünü araşdırır

Bakıda bloqer Ayşən Mirzəyevanın bir həftə öncə nikaha daxil olduğu əri - idmançı Kamal Namazov vəfat edib. A.Mirzəyeva iddia edib ki, bir neçə gün öncə əri iki nəfər idmançı şəxs tərəfindən döyülüb və ciyərindən xəsarət alıb.

 YeniAvropa xəbər verir ki, bu  gün Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilib ki, paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub. Ölümün səbəbi müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Qeyd edək ki, bir qədər əvvəl Ayşən Mirzəyeva yerli KİV-lərlə əlaqə saxlayaraq bildirib ki, heç bir döyülmə hadisəsi baş verməyib. Həmin gün Kamalla birlikdə marketdən evlərinə alış-veriş ediblər."Axşamtərəfi Kamal yatdı və yuxuda dünyasını dəyişdi. Onun idman zalında döyülməsi və həmin xəsarətlərdən dünyasını dəyişməsi yalandır. Yayılan məlumatlar düz deyil. Sosial şəbəkədə stressdən nə yazmışam, bilmirəm“, -deyə A.Mirzəyeva vurğulayıb. 

 

 

 

 
 




 
◀▶