logo

"Montin"də tuneldə baş verən qəza yollarda sıxlıq yaratdı

13:11 25-10-2021 | icon 1400
"Montin"də tuneldə baş verən qəza yollarda sıxlıq yaratdı

Hazırda Ağa Neymətulla küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

 YeniAvropa xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilib ki, qəza nəticəsində küçədən keçən müntəzəm marşrut xətlərinin intervalında ləngimələr yaranıb.

Sıxlığın yaranmasına səbəb A.Neymətulla küçəsində tuneldə baş verən yol nəqliyyat hadisəsi olub.