logo

İlham Əliyev İstanbulda Türk Şurası Dövlət başçılarının Zirvə görüşündə iştirak edəcək

09:45 25-10-2021 | icon 2478
İlham Əliyev İstanbulda Türk Şurası Dövlət başçılarının Zirvə görüşündə iştirak edəcək

"Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 26-da Qarabağda, noyabrın 12-də isə İstanbulda görüş keçiriləcək".

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı özünün "Twitter" hesabında yazıb.

"Cənab prezident İlham Əliyevin "Qardaşım" dediyi zaman kimi nəzərdə tutduğunu hamı çox yaxşı bilir. Prezidentlərimiz bir il ərzində 3-cü dəfə sabah - oktyabrın 26-da Qarabağda, 4-cü dəfə isə noyabrın 12-də İstanbulda görüşəcəklər. Gözləyirik", - səfir bildirib.

Qeyd edək ki, noyabrın 12-də İstanbulda Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü keçiriləcək.