logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 323 min nəfəri ötüb

17:57 24-10-2021 | icon 2646
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 323 min nəfəri ötüb

Oktyabrın 24-də Azərbaycanda 29 min 559 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 min 11, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 min 548 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 383 min 303, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 60 min 158, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 323 min 145 nəfər təşkil edir.