logo

Azərbaycanda daha 2035 nəfər  koronavirusa yoluxdu, 25 nəfər öldü

16:36 24-10-2021 | icon 2751
Azərbaycanda daha 2035 nəfər  koronavirusa yoluxdu, 25 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2036 yoluxma faktı qeydə alınıb, 1045 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 516 min 325 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 484 min 604 nəfər müalicə olunaraq sağalıb, 6894 nəfər vəfat edib. Aktiv xəstə sayı 24 min 827 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 325, bu günə qədər isə ümumilikdə 5 milyon 108 min 298 test icra olunub.