logo

Həbsxanaya silahlı hücum oldu,800-dən çox məhbus qaçdı

21:13 23-10-2021 | icon 1386
Həbsxanaya silahlı hücum oldu,800-dən çox məhbus qaçdı

Nigeriyanın Oyo ştatında həbsxanaya silahlı hücumdan sonra 800-dən çox məhbus qaçıb, onlardan 200-dən çoxu saxlanılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə yerli NAN agentliyi məlumat yayıb.

Daha əvvəl "Punch" qəzeti Nigeriyanın cənub-qərbindəki həbsxanaya silahlı hücum edildiyini və məhbusların sərbəst buraxıldığını bildirmişdi.

Məlumata görə, silahlı şəxslərlə həbsxana mühafizəçiləri arasında toqquşma baş verib, sonra məhbuslar dinamitdən istifadə edərək divarı dağıdıb və qaçıblar.