logo

İrakli Qaribaşvili Mixeil Saakaşvilinin ən azı 6 il həbsdə qalacağını deyir

20:58 23-10-2021 | icon 1372
İrakli Qaribaşvili Mixeil Saakaşvilinin ən azı 6 il həbsdə qalacağını deyir

"Həbsdə olan ölkənin eks-prezidenti Mixeil Saakaşvilinin heç vaxt imtiyazları olmayacaq".

 YeniAvropa xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili "Sputnik Gürcüstan"a açıqlamasında bildirib. 

Hökumət başçısı deyib ki, ona həbsxanada yemək yeməyə kim mane olmur. "Niyə ac qalır? Mən hamıya demək istəyirəm ki, məhkum Saakaşviliyə heç vaxt imtiyaz verilməyəcək". 

Gürcüstanın baş naziri vurğulayıb ki, ölkə həbsxanalarında bir neçə min məhbus var və onların da qayğısına qalmaq lazımdır: “Məhkum Saakaşvili ölkəmizə qarşı qat-qat daha ağır cinayətlər törətməsindən başqa onlardan heç nə ilə fərqlənmir”.

İrakli Qaribaşvilinin sözlərinə görə, Mixeil Saakaşvili ən azı altı il həbsdə olacaq.