logo

Veteran cüdoçularımıız dünya çempionatında daha 3 medal qazanıb

19:55 23-10-2021 | icon 1589
Veteran cüdoçularımıız dünya çempionatında daha 3 medal qazanıb

Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatında komandamız daha 3 medal qazanıb.

 YeniAvropa xəbər verir ki, cüdoçularımız Mübariz Cəfərov (M-5, 81 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq) və Azər Əsgərov (M-5, +100 kq) bürünc medala layiq görülüblər. Bununla da cüdoçularımızın qazandıqları medalların sayı 5-ə çatıb.

Qeyd edək ki, bundan əvvəl Babək Hacıyev (M-4, 60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Cüdoçumuz Tural Səfquliyev (M-1, 100 kq) isə yarışın bürünc medalını qazanıb. Komandamız turnirdə 15 cüdoçu ilə təmsil olunur.

Oktyabrın 24-dək davam edəcək dünya çempionatında 43 ölkədən 350-dən çox idmançı iştirak edir.