“Eurovision 2022”də 41 ölkə iştirak edəcək
İtaliyanın Turin şəhərinin ev sahibliyi ilə gələn ilin mayında keçiriləcək 66-cı “Eurovision” mahnı müsabiqəsində 41 ölkə iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya kanalının təşkilatçılığı ilə keçiriləcək dünyanın ən böyük canlı musiqi tədbirinin yarımfinalları 2022-ci il mayın 10-12-də olacaq. “Eurovision 2022”nin finalı isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçiriləcək.
Builki müsabiqə ilə müqayisədə gələn il iştirakçı ölkələrin sayı 39-dan 41-ə yüksələcək. Həmin 41 ölkənin 36-sı yarımfinallarda yarışacaq. Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya isə birbaşa finaldan yarışmaya qoşulacaq.
“Eurovision 2022”də iştirak edəcək ölkələr və yayım hüququna malik televiziya kanalları aşağıdakı kimidir. Azərbaycan (“İctimai TV”), Almaniya (“ARD”/”NDR”), Albaniya (“RTSH”), Avstraliya (“SBS”), Avstriya (“ORF”), Belçika (“RTBF”), Bolqarıstan (“BNT”), Böyük Britaniya (“BBC”), Çexiya (“CT”), Danimarka (“DR”), Estoniya (“ERR”), Finlandiya (“YLE”), Fransa (“FT”), Gürcüstan (“GPB”), Yunanıstan (“ERT”), İslandiya (“RUV”), İrlandiya (“RTE”), İsrail (“KAN”), İtaliya (“Rai”), Kipr (“CyBC”), Latviya (“LTV”), Litva (“LRT”), Malta (“PBS”), Moldova (“TRM”), Monteneqro (“RTCG”), Niderland (“AVROTROS”), Norveç (“NRK”), Polşa (“TVP”), Portuqaliya (“RTP”), Rumıniya (“TVR”), Rusiya (“RTR”), San Marino (“RTV”), Serbiya (“RTS”), Sloveniya (“RTVSLO”), Şimali Makedoniya (“MKRTV”), İspaniya (“TVE”), İsveç (“SVT”), İsveçrə (“SRG SSR”), Xorvatiya (“HRT”), Ukrayna (“UA:PBC”), Ermənistan (“AMPTV”).
Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi 31 ildən sonra yenidən İtaliyada keçiriləcək. İtaliya “Zitti e buona” mahnısı ilə 1990-cı ildən bəri ilk dəfə bu il “Eurovision” müsabiqəsinin qalibi olub. İtaliya artıq üçüncü dəfə (1965-ci ildə Neapol, 1991-ci ildə Roma) “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək.
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Paytaxtdakı “Kremlin Hall” şadlıq sarayı havanı çirkləndirir
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
AMEA-da yeni şöbələr yaradılıb
Xankəndidə silah-sursat aşkarlanıb
Azərbaycan nefti 89,33 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Azərbaycanın səfiri etimadnamələrini Qambiya prezidentinə təqdim edib
Senat ABŞ-ın Ukraynaya 61 milyard $-lıq hərbi yardımını təsdiqləyib
Rusiya müdafiə nazirinin müavini 1 milyonluq rüşvətə görə həbs edilib
Ermənistanın öz sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur-Paşinyan
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb