logo

İlhamə prezidentin onun ifasındakı "Ey Vətən!"i dinləməsindən danışdı

22:55 22-10-2021 | icon 15995
İlhamə prezidentin onun ifasındakı "Ey Vətən!"i dinləməsindən danışdı

“Heç bir sözlə ifadə edə bilməyəcək qədər həyəcanlıyam. 28 ildir ki, işğal altında olan torpaqlarımız şükürlər olsun ordumuzun və Ali Baş Komandanımız İlham Əliyevin sayəsində azad edildi. Qarabağı bizə, bizi də Qarabağa qaytardıqlarına görə Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm".

YeniAvropa xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova deyib. Sənətçi axşam.az-a açıqlamasında Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Zəngilan səfəri zamanı radioda onun oxuduğu “Ey Vətən” mahnısını dinləməsi ilə bağlı fikirlərini bölüşüb:

"Birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Eyni zamanda Azərbaycan radiosuna təşəkkür etmək istəyirəm. Çox sağ olsunlar ki, radio dalğalarında "Ey Vətən" mahnımı səsləndirirlər. 2006-2007-ci illərdə bu mahnı ərsəyə gələrkən böyük arzum olub ki, torpaqlarımız işğaldan azad olunanda orada konsert verim və “Ey Vətən"i səsləndirim. Dünən Mehriban xanım Əliyevanın Qarabağın gözəl guşələrini çəkərkən fonda mənim mahnımın səslənməsi ilə bu arzumun reallaşdığına şahid oldum. Beləcə, mən "Ey Vətən"i Qarabağda oxumuş oldum".

Xatırladaq ki, "Ey Vətən" mahnısının musiqisi Elza İbrahimovaya, sözləri Aslan Abdullayevə məxsusdur. Mahnı daha əvvəl Rəşid Behbudov və Flora Kərimova kimi xalq artistlərinin repertuarında yer alıb. 

 

Müğənni İlhamə Qasımova isə 2010-ci ildə "Eurovision"un Azərbaycan seçmə mərhələsi üçün bu əsəri oranjeman etdirərək bir qədər fərqli janrda ifa edib.