logo

Türkiyədə yeni PUA silahlanmaya daxil edilib

12:52 21-10-2021 | icon 2212
Türkiyədə yeni PUA silahlanmaya daxil edilib

Türkiyənin yeni pilotsuz uçuş aparatı(PUA) Hərbi Dəniz Qüvvələrinin istifadəsinə verilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "Twitter" hesabında məlumat yayıb.

"“Aksungur" pilotsuz uçuş aparatı uğurlu sınaqlardan sonra Hərbi Dəniz Qüvvələrinin envanterinə daxil edilib. Bu işdə əməyi olanları təbrik edirik, Hərbi Dəniz Qüvvələrinə xeyirli olsun!”, - deyə məlumatda qeyd edilib