Daha bir bələdiyyə sədrinə cinayət işi açılıb
Ağcabədi rayonunun Minəxorlu kənd bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Rayon prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, ibtidai istintaqla Minəxorlu kənd bələdiyyəsinin sabiq sədri Ədalət Mənsimovun işlədiyi müddətdə qulluq mövqeyindən tamah niyyəti ilə istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə 5839 manat məbləğində bələdiyyə vəsaitini bələdiyyənin hesabından məxaric edib mənimsədiyi müəyyənləşdirilib. Həmçinin müəyyən olunub ki, o, bələdiyyə torpaqlarının ayrı-ayrı şəxslərin istifadəsində qalmasına qanunsuz şərait yaratmaq məqsədilə həmin torpaq sahələri üzrə hərrac müsabiqəsi nəticəsində müəyyənləşdirilmiş icarə haqqı qiymətlərinin əhəmiyyətli dərəcədə aşağı salınmasına dair məsələni heç bir hüquqi əsas olmadan bələdiyyə üzvlərinin müzakirəsinə çıxararaq buna dair qərarın qəbuluna nail olmaqla hərrac müsabiqəsi ilə müəyyən edilmiş icarə haqqının bir neçə il ərzində bələdiyyə xəzinəsindən kənarda qalmasına səbəb olaraq bələdiyyənin qanunla qorunan mənafeyinə 80 min manat məbləğində maddi zərər vurub, həmçinin ayrı-ayrı şəxslərin istifadəsinə bələdiyyə torpaqlarının veriləcəyi ilə bağlı yalan vədlər verərək onlardan ümumilikdə 7500 manat məbləğində pul alaraq dələduzluq edib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Ədalət Mənsimov Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq törədildikdə), 179.2.3-cü, 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək