logo

DÇ-2022: Püşkatmanın vaxtı bəlli oldu

21:58 20-10-2021 | icon 2716
DÇ-2022: Püşkatmanın vaxtı bəlli oldu

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatmasının vaxtı müəyyənləşib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, tədbir 2022-ci il aprelin 1-də baş tutacaq.

Mundialın təsnifat mərhələsinə isə bu ilin noyabrında yekun vurulacaq.

Qeyd edək ki, dünya çempionatı 21 noyabr - 18 dekabr tarixlərində Qətərdə təşkil olunacaq.