logo

Moskvada Qarabağ üzrə üçtərəfli İşçi Qrupunun növbəti iclası keçirilib

21:20 20-10-2021 | icon 8939
Moskvada Qarabağ üzrə üçtərəfli İşçi Qrupunun növbəti iclası keçirilib

Oktyabrın 20-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya hökumət başçıları müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunun növbəti iclası keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, görüşdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.

İclasda Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin yanvarın 11-də qəbul etdikləri 4 maddəlik birgə bəyanat çərçivəsində görülən işlərin gedişatı müzakirə edilib. 

Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə razılığa gəliblər.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2021-ci il yanvarın 11-də Moskvada keçirilən danışıqlardan sonra üç ölkənin baş nazir müavinlərinin rəhbərliyi altında İşçi Qrupun yaradılması barədə qərar qəbul edilib.