logo

Türkmənistan prezidenti Vahid Ələkbərova “Dostluq” yatağından danışıb

18:10 20-10-2021 | icon 2317
Türkmənistan prezidenti Vahid Ələkbərova “Dostluq” yatağından danışıb

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov “LUKoil” şirkətinin rəhbəri Vahid Ələkbərovla Xəzər regionunun karbohidrogen ehtiyatlarının işlənməsini müzakirə edib.

YeniAvropa xəbər verir ki, tərəflər Xəzər regionunun karbohidrogen ehtiyatlarının daha geniş işlənməsinin əhəmiyyətinə diqqət yetirərək əməkdaşlıq mövzusuna toxunublar.

V.Ələkbərov “LUKoil”un Aşqabadla yeni qarşılıqlı əməkdaşlığa tam hazır olduğunu vurğulayıb.

Danışıqlar zamanı neft-qaz sektorunun total transformasiyasına, karbohidrogen ehtiyatlarının istehsalının artırılmasına, xarici investisiyaların cəlb olunmasına diqqət yetirilib. Q.Berdiməhəmmədov və V.Ələkbərov Türkmənistan neftinin xaricə ixrac marşrutlarının genişləndirilməsinin vacibliyi barədə də razılığa gəliblər.

Türkmənistan prezidenti söhbət əsnasında bu ilin yanvarında Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının birgə işlənməsinə dair imzalanmış anlaşma memorandumunu xatırladıb.