logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 266 min nəfəri ötüb

17:07 20-10-2021 | icon 2905
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 266 min nəfəri ötüb

Oktyabrın 20-də Azərbaycanda 31 min 389 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,  gün ərzində birinci mərhələ mərhələ üzrə vaksinasiya olunanların sayı 14 min 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 min 92 nəfər olub.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 milyon 257 min 472 nəfər, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 milyon 991 min 242 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 266 min 230 nəfər təşkil edir.