logo

"Qarabağ" - "Kayrat" oyunu üçün biletlərin yarısı artıq satılıb

16:58 18-10-2021 | icon 1225
"Qarabağ" - "Kayrat" oyunu üçün biletlərin yarısı artıq satılıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstan "Kayrat"ı ilə keçirəcəyi oyun böyük maraqla qarşılanıb.

YeniAvropa xəbər verir ki, bu barədə "Qarabağ" klubunun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, ötən gündən başlayaraq satışa çıralan biletlərin artıq 7 mindən çoxu satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə koronavirus pandemiyası ilə əlaqədar arenanın 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Mərkəzi arena 30 min fanat qəbul edə bildiyindən, matç üçün 15 min bilet satışa çıxarılıb.

Qeyd edək ki, oktyabrın 21-də oynanılacaq "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.