logo

Paytaxtdakı 20 nömrəli məktəb-lisey koronavirusa görə bağlandı

16:10 18-10-2021 | icon 4116
Paytaxtdakı 20 nömrəli məktəb-lisey koronavirusa görə bağlandı

Paytaxtın Yasamal rayonundakı 20 nömrəli məktəb-lisey distant tədrisə keçib.

YeniAvropa xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib. Bildirilib ki, məktəbin 20 şagirdi və 15 müəlliminin COVİD-19 infeksiyasına yoluxması səbəbindən belə bir addım atılıb. 

Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.