logo

Zakir Həsənov NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb

14:34 18-10-2021 | icon 1463
Zakir Həsənov NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb

Oktyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO Baş Katibinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolominanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, müdafiə naziri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra azad edilən ərazilərdə Ordumuz tərəfindən görülən işlər və Azərbaycan dövlət sərhədində hazırkı vəziyyətlə bağlı qonaqlara ətraflı məlumat verib.

General-polkovnik Z.Həsənov NATO ilə əməkdaşlığın cari vəziyyətindən, əməkdaşlıq sahəsində əldə edilən müsbət nəticələrdən məmnunluğunu bildirib, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

X.Kolomina bölgədə sülhün təmin olunması istiqamətində NATO-nun müvafiq dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Görüşdə, həmçinin postmüharibə şəraiti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.