logo

İşğaldan azad olunan əraziyə narkotik vasitə keçirmək istədi-yaxalandı

12:55 18-10-2021 | icon 1638
İşğaldan azad olunan əraziyə narkotik vasitə keçirmək istədi-yaxalandı

Xocavənd rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı işğaldan azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, oktyabrın 17-də rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsinin ərazisində yaradılan stasionar postda Yevlax rayon sakini Xəyal Babayevin idarə etdiyi “VAZ” markalı avtomobil prosedur qaydasına uyğun olaraq saxlanılıb.

Yoxlama məqsədi ilə avtomobilə baxış keçirilib və narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.