logo

İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə nazirini qəbul edib

12:44 18-10-2021 | icon 1799
İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev oktyabrın 18-də Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat Bilgini qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Vedat Bilgin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə prezidentinə çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunaraq, Türkiyənin əmək və sosial müdafiə nazirinin səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.

Görüşdə digər sahələrdə olduğu kimi, sosial çalışma sahəsində də yaxşı iş birliyinin mövcud olduğu vurğulanaraq, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətinə toxunulub. Eyni zamanda, əmək bazarının tənzimlənməsi, Türkiyədə çalışan Azərbaycan vətəndaşlarının, Azərbaycanda çalışan Türkiyə vətəndaşlarının sosial müdafiəsi məsələlərinin müzakirəsinin də önəmi qeyd olunub.