logo

Prezident İlham Əliyev Qətərin baş nazirinin müavinini qəbul edib

12:12 18-10-2021 | icon 2541
Prezident İlham Əliyev Qətərin baş nazirinin müavinini qəbul edib

Prezident İlham Əliyev oktyabrın 18-də Qətər Dövlətinin baş nazirinin müavini, xarici işlər naziri, Qətər-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri Məhəmməd bin Əbdülrəhman Al Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycanla Qətər arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Qətər Dövlətinin baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Taninin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaratdığı bildirilib. Eyni zamanda, Bakıda keçiriləcək birgə hökumətlərarası komissiyanın iclasının əhəmiyyətinə toxunularaq, iqtisadi və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı ticarətin həcminin artırılmasının vacibliyi vurğulanıb.

Qarşılıqlı investisiya, eyni zamanda, üçüncü ölkələrə investisiya qoyuluşu üçün böyük potensialın olduğu qeyd edilib.

Söhbət zamanı, həmçinin postpandemiya dövründə turizm sahəsində əməkdaşlığın perspektivləri də müzakirə olunub.