logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

11:18 18-10-2021 | icon 1596
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 62 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış doqquz cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən mülkü-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş altı yol-nəqliyyat hadisəsi nəticəsində doqquz nəfər ölüb, bir nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 43 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.