logo

İlham Əliyev Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisinə 1,5 milyon manat ayırdı

20:54 17-10-2021 | icon 1687
İlham Əliyev Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisinə 1,5 milyon manat ayırdı

Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Füzuli Memorial Kompleksinin (Füzuli İşğal Muzeyi və Memorial Parkı, Füzuli Zəfər Muzeyi, Füzuli Zəfər Abidəsi və Füzuli Bayraq Meydanı) layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ilkin olaraq 1,5 milyon manat vəsait ayrılıb.