logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 230 min nəfəri ötüb

18:37 17-10-2021 | icon 2751
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 230 min nəfəri ötüb

Oktyabrın 17-də Azərbaycanda 25 min 462 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 min 962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 min 500 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 194 min 432, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 964 min 151, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 230 min 281 nəfər təşkil edir.