logo

Qubada ağaca çırpılan "Jiquli" 4 nəfərin həyatına son qoydu

12:59 17-10-2021 | icon 5257
Qubada ağaca çırpılan "Jiquli" 4 nəfərin həyatına son qoydu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonu, Zərdabi qəsəbəsində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Qeyd edilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1999-cu il təvəllüdlü Allahverdiyev Məhəmməd Kamil oğlunun, 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlunun və 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə zamanı daha 2 nəfər xəsarət alıb. Yaralılar Qubar Diaqnostika Mərkəzinə yerləşdirilib. Lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.

 

 
 


 
◀▶