logo

Paytaxtda ticarət obyektlərində baş vermiş yanğın söndürülüb

10:48 16-10-2021 | icon 4809
Paytaxtda ticarət obyektlərində baş vermiş yanğın söndürülüb

Məlumat verildiyi kimi, oktyabrın 16-da paytaxtın Nərimanov rayonunun Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verib və Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri dərhal yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq saat 10:24-də söndürülüb.

İlkin hesablamalara əsasən, təqribən 300 kvadratmetr müxtəlif təyinatlı ticarət obyektləri yanıb. Bitişik ictimai-iaşə, o cümlədən ticarət obyektləri və yaşayış binaları yanğından mühafizə olunub.