logo

Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul edildi

11:54 15-10-2021 | icon 4025
Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul edildi

Azərbaycan Respublikasının Milli Məclisi “Müstəqillik Günü haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

 YeniAvropa xəbər verir ki, qanun layihəsi parlamentin oktyabrın 15-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməsi təklif olunub.

Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram günü sayılacaq.