logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 156 min nəfəri ötüb

18:08 13-10-2021 | icon 1456
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 156 min nəfəri ötüb

Oktyabrın 13-də Azərbaycanda 36 min 394 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 475, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 min 919 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 73 min 493, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 916 min 894, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 156 min 599 nəfər təşkil edir.